Rusiyada məktəbdə atışma: 1 nəfər ölüb, 5 nəfər yaralanıb
Rusiyanın Bryansk şəhərində məktəbə silahlı basqın edərək 1 nəfəri öldürüb 5 nəfəri yaralayan qız şagird intihar edib.
Rusiya Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Byransk şəhərində 5 nömrəli məktəbə silah götürən qız şagird atəş açıb.
Hücumda 1 nəfəri öldürən, 5 nəfəri yaralayan tələbə daha sonra intihar edib.
Hadisə yerinə təhlükəsizlik qüvvələri sövq edilə, yaralılar xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Hücuma sinif yoldaşları arasında davanın səbəb olduğu iddia edilir.