Millimiz 1/4 finala adladı

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final oyunları keçirilib.
Turnirdə yoluna davam edən Azərbaycan millisi bu mərhələdə Portuqaliya ilə qarşılaşıb.
Yığmamız rəqibini 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Millimizin heyətində Mirmehdi Rzayev, Elvin Əlizadə və Rəvan Kərimov fərqləniblər.
Qeyd edək ki, Azərbaycan millisinin 1/4 finaldakı rəqibi Bolqarıstan- İngiltərə cütlüyünün qalibi olacaq.