"Azparking"lə AYNA-nın ötür-ötür oyunu dövlətimizə qarşı sabotajdır! - Aqil Ələsgər


Bakıda parking xaosuna son qoyulmalıdır. Əvvəl qaranlıq şəxslərin əlində cəmlənirdi bu biznes. İndi qalstuklu, jiletli "Azparking" əməkdaşları o şəxslərin ölənlərinə rəhmət oxudurlar. Sanki robotdular. Necə qurulublarsa, hamısının cavabı da, reaksiyası da standartdır.


AFN.az xəbər verir ki, bunu "Yeniçağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib. O, parklanma xidməti ilə bağlı paytaxtda yaranmış xaosu tənqid edib. İnsanların iş yerlərinin və ya evlərinin yaxınlığında avtomobil saxlamaq üçün ödəniş etməməli olduğunu deyən baş redaktor bunun üçün müəyyən olunan məbləğin çoxluğundan narazılıq edib: "Tamam, ödəsinlər. Ancaq səhərdən axşama qədər maşın ofisin önündə qalırsa, bədbəxtlərin maaşı ancaq "Azparking"ə getməlidir?!
Maraqlıdır ki, "Azparking" əməkdaşları ödəniş etməyənlərin şəkillərini özləri çəksə də, cərimənin AYNA tərəfindən edildiyini bildirirlər. Yəni, əl əli yuyur, əl də üzü, zərərli çıxan isə vətəndaşdır.
Hesab edirəm ki, "Azparking"lə AYNA-nın ötür-ötür oyunu dövlətimizə qarşı sabotajdır. Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinə kölgə salmaq istəyənlərin işinə yarayır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu