Nazirdən şad xəbər: 1200 nəfər işlə təmin ediləcək
![](/uploads/posts/2023-10/1698663984_1698663812_1568391659_501f1ab3-2a69-497d-9d62-ac64addf3cd1_930.jpg)
Azərbaycan və Özbəkistanın birgə müəssisəsi Azərmaş CP MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib.
AFN.az əbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında qeyd edib.
Nazir bildirib ki, bununla da rezidentlərin sayı 14-ə çatıb:
“Şirkət tərəfindən sənaye məhəlləsinin ərazisində investisiya həcmi 104 mln. olan minik avtomobillərinin istehsalı kompleksi yaradılacaq və 1200 nəfər işlə təmin ediləcək”.