Şəkidə “TIR” dərəyə aşıb


Şəki-Qax avtomobil yolunun 9-cu kilometrliyində, Şəki rayonun İnçə kəndi ərazisində “TIR” qəzaya uğrayaraq dərəyə aşıb.



“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yük avtomobilini Gürcüstan vətəndaşı idarə edirmiş.

Avtomobil Qax istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub və aşan “TIR” qaldırıcı kran vasitəsilə dərədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu