ABŞ F-16 donanması Yaxın Şərqə çatdı
ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə göndərilən F-16 donanmasının ABŞ Mərkəzi Komandanlığının missiya ərazisinə çatdığını açıqlayıb.
Pentaqondan verilən açıqlamaya görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət bölgəsinə çatan F-16 donanması, nazirliyin daha əvvəl göndərdiyi müdafiə birlikləri ilə birlikdə işləyəcək. "Onların missiyası ABŞ qüvvələrinin bölgədə müdafiəsidir" - deyə bildirilib.
Oktyabrın 7-də başlayan İsrail-Fələstin münaqişəsinə diqqət çəkilən bəyanatda “İranın dəstəklədiyi qruplar həm İraqda, həm də Suriyada ABŞ qüvvələrinə hücum edib” - deyə qeyd edilib.
Pentaqonun sözçüsü general Pat Rayder gündəlik mətbuat konfransında deyib: "Biz bilirik ki, bu hücumları həyata keçirən qruplar İnqilab Keşikçiləri Korpusu və İran rejimi tərəfindən dəstəklənir".
Yaxın Şərqdə bir çox müxtəlif hərbi birləşmələrin hazır vəziyyətdə saxlanıldığını bildirən Rayder heç birinin hələlik aktiv olmadığını vurğulayıb.
İsrail-Fələstin münaqişəsi başlayandan bəri ABŞ-ın məqsədinin regional münaqişənin genişlənməsinin qarşısını almaq olduğunu söyləyən Ryder, bu münaqişə mühitindən şiddəti artırmaq üçün istifadə etmək istəyən ölkələrə xəbərdarlıq edib.