Beyrutda etirazçılar ABŞ səfirliyinə soxulmağa cəhd ediblər


Livanın Beyrut şəhərində etirazçılar ABŞ səfirliyinin ərazisinə soxulmağa cəhd ediblər.


AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Nümayişçilər içəri daxil olmaq üçün diplomatik nümayəndəliyin divarına dırmaşıblar. Onlarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Etirazçılar diplomatik nümayəndəliyin perimetrindən kənarda yerləşən səfirlik binalarından birini yandırıblar.

Polis izdihamı qovmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından fəal şəkildə istifadə edib.

Ötən gecə Livan Hizbullahı hərəkatı Qəzza zolağında xəstəxanaya hücumla əlaqədar çərşənbə günü “qəzəb günü” elan edib. Təşkilat həmçinin öz tərəfdarlarını kütləvi nümayişlərə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu