İran prezidenti: ABŞ İsrailin şərikidir


İran prezidenti İbrahim Rəisi İsrailin Qəzzanı bombalamasına və Əl-Əhli Baptist Xəstəxanasına son hücumuna reaksiya verərək, ABŞ-ın bu məsələdə İsrailin şəriki olduğunu bildirib.


Rəisi paytaxt Tehranda İnqilab meydanında keçirilən "İsrail etiraz nümayişi"ndə xalqa müraciət edib.

İsrailin qadın və uşaq fərqi olmadan mülki insanları hədəf alması məğlubiyyətini ört-basdır etmək cəhdi olduğunu ifadə edən Rəisi ABŞ-ın bu məğlubiyyətin yaşanmaması üçün İsrailə hərtərəfli dəstək verdiyini bildirib.

"Sionist rejimə silah dəstəyi verən ABŞ İsrailin ortağıdır. Qəzzada xəstəxana hücumu İsrail üçün sonun başlanğıcı olacaq" - deyə o, qeyd edib

Fələstinlilərin yerə tökülən hər damla qanının İsraili çökməyə bir addım daha yaxınlaşdırdığını bildirən Rəisi Qəzzada dinc insanlara qarşı hücumların dərhal dayandırılması və humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu