"Bu, əhalini hara aparacaq?" - Nazir ünvanlı sosial yardımdan danışdı


“Ölkədə ünvanlı sosial yardımın əhatə dairəsi ciddi şəkildə artırılıb və bu gün həmin yardımları alan şəxslərin sayı 300 minə yaxınlaşıb”.



AFN.az Reporta-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkədə yaşayış minimumu 246 manat, onun ikiqatı məbləğində isə əhaliyə ünvanlı sosial yardım ödənilir və kifayət qədər də əhatə dairəsi genişdir: “Bəli, bunu artırmaq da olar. Əlbəttə, onun ölçüsü yoxdur. Hətta əhalinin 100 faizinə də vermək olar. Bəs sonra bu nə ilə nəticələnəcək, əhalini hara aparacaq?! Passiv sosial ödənişin artması nəticəsində nəinki ölkədə, eləcə də bütün dünyada aparılan analizlərin nəticəsi ondan ibarətdir ki, passiv ödənişlər artdıqca aktiv məşğulluq azalır. Bu, 5-10 il sonrası üçün ölkədə işləyənlərin sayının kəskin azalması deməkdir. Bu səbəbdən hesab edirik ki, Azərbaycanın bu məsələdə konservativ yanaşması davam etməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu