Fordun yük maşını zavodunda avtomobil işçiləri tətilə başlayıb


ABŞ-da Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqı (UAW) Fordun Kentukki ştatındakı yük maşını zavodunda 8700 üzvünün tətil etdiyini açıqlayıb.



UAW tərəfindən verilən açıqlamada, 8700 həmkarlar ittifaqı üzvü işçinin xəbərdarlıq etmədən işini tərk etdiyi və Fordun Louisvilledəki "ikonik və yüksək gəlirli" yük maşını zavodunu bağladığı bildirilib.

Açıqlamada tətil çağırışının UAW prezidenti Shawn Fain və vitse-prezident Çak Brauninq tərəfindən Fordun müqavilə sövdələşmələrində daha da irəliləməkdən imtina etməsindən sonra edildiyi və "sürpriz hərəkətin" UAW-nin tətilində "Stand" adlı yeni mərhələnin işarələndiyi ifadə edilib.

Bəyanatda fikirləri yer alan UAW prezidenti Fain, "Çox qətiyyətli idik və uzun müddət gözlədik, lakin Ford mesajı almadı" sözlərini qeyd edib.

Ford və digər avtomobil istehsalçıları ilə ədalətli müqavilə bağlamağın vaxtının gəldiyini qeyd edən Fain, "Əgər bunu başa düşə bilmirlərsə, 8700 işçidən ibarət bu yüksək gəlirli obyekti bağlamaq, dörd həftə sonra bunu anlamalarına kömək edəcək" sözlərini vurğulayıb.

Digər tərəfdən Forddan verilən açıqlamada UAW-nin tətil çağırışı "son dərəcə məsuliyyətsiz" olaraq xarakterizə edilib.

Açıqlamada Fordun həmkarlar ittifaqı üzvü olan 57 min işçinin həyat keyfiyyətində mənalı və müsbət fərq yaradacaq fövqəladə bir təklif etdiyi və yük maşını zavodunda tətilin şirkətin işinə ciddi təsir edəcəyi ifadə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu