KİV: Qəzzanın yeganə elektrik stansiyası fəaliyyətini dayandırıb

AFN.az xəbər verir ki, bu barədə Qəzzanın enerji idarəsinin rəhbəri Qalal İsmayıl CNN-ə bildirib. "Hazırda Qəzzada elektrik yoxdur" - deyə o qeyd edib.
İsmayıl deyib ki, Qəzzada insanlar hələ də elektrik enerjisi istehsal etmək üçün generatorlardan istifadə edə bilirlər, lakin sərhədin hər iki tərəfindəki blokada səbəbindən generatorları işə salmaq üçün yanacaq tükənir.