Zəfər tariximizə həsr olunmuş tədbir keçirilib


"Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Zəfərdən – Böyük qayıdışa!” adlı layihə reallaşdırır.


Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır. 2 aylıq layihə çərçivəsində əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində 4 tam orta məktəbdə tədbirlər keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir. Bu məqsədlə, təşkilat Bakı şəhərində yerləşən ümumtəhsil müəssələrində şagirdlər arasında müvafiq mövzuda tədbirlər keçirmək niyyətindədir (01 sentyabr-31 oktyabr 2023).

Təşkilat tərəfindən Vətən müharibəsinə dair, 44 günlük qələbəyə həsr olunmuş təlimlərlə yanaşı “Zəfərə gedən yol”, adlı kitab və “Zəfərdən – Böyük qayıdışa!” buklet də hazırlanıb.

Təşkilat ilk tədbirinə oktyabr ayının 6-da Maştağa qəsəbəsində yerləşən Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə 44 günlük zəfər tariximizə həsr olunmuş tədbirlə başlayıb. Məktəbin kitabxanasında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra isə təşkilatın sədri Araz Şamilov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətindən danışıb, layihə haqqında iştirakçılara geniş məlumat verib. O, qeyd edib ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Məktəbin 10-cu sinif şagirdləri vətən tarixinin son dövrlərini öz çıxışları ilə təqdim ediblər. Sonda məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiyalarda məktəblilər 44 günlük zəfər tarixini, şəhidləri, qazilərin qəhrəmanlığını tərənnüm edən şeirlər söyləyiblər.

Tədbirdə AMEA Tarix İnstitutunun əməkdaşları, t.ü.f.d. Kamran İsmayılov və t.ü.f.d. Alı Balayev və AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh, məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Xanalı Məmmədov, Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Zemfira Musayeva, Metodbirləşmə rəhbəri Mehparə Rzayeva və Azərbaycan dili müəllimi Dilarə Şıxıyeva iştirak edib.

Tədbirin sonunda təşkilatın sədri Araz Şamilov tədbirdə iştirak edən bütün aktiv şagirdlərə diplom və hədiyyələr verib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu