HƏMAS yeni silahını təqdim etdi: İsrailin hədəfləri belə vurulur - Fotolar
Hazırda Qəzza zolağına nəzarət edən HƏMAS-ın İsrailə qarşı başlatdığı "Əqsa tufanı" əməliyyatının əks-sədaları davam edir. Hücumlar nəticəsində yüzlərlə israilli həyatını itirib.
AFN.az xəbər verir ki, bölgədə qarşıdurmaların davam etdiyi bir vaxtda HƏMAS-dan diqqətçəkən açıqlama gəlib.
HƏMAS-ın hərbi qanadının lideri İzzəddin əl-Qəssam briqadaları toqquşmalarda istifadə edilən yeni silahını nümayiş etdirib.
"Al Jazeera" telekanalı çiyindən atəş açan hava hücumundan müdafiə sisteminin HƏMAS tərəfindən istehsal edildiyinə dair məlumatlar yayıb.
Telekanal bu məlumatı HƏMAS-ın məsələ ilə bağlı bəyanatına əsaslandırıb.
Qəssam silahlıları bu silahla İsrailin hava hədəflərini vurur.