“İran İsrailə qarşı hücumda iştirak etməyib”


İran HƏMAS qruplaşmasının İsrailə hücumunun planlaşdırılmasında və həyata keçirilməsində iştirak etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.



AFN.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Amwaj.media" portalı yayıb.

Analoji açıqlamanı İranın BMT-dəki nümayəndəliyi də səsləndirib. İranın diplomatik nümayəndəliyi qeyd edib ki, ölkə Fələstini qətiyyətlə dəstəkləsə də, atdığı addımlarda iştirak etmir.

Qeyd edək ki, "The Wall Street Journal (WSJ)" İsrailə hücumu planlaşdırmaq üçün İranın HƏMAS-a kömək etdiyini yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu