İran HƏMAS-ı dəstəklədi


İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Qəzzadan İsrailə qarşı başlatılan “Əqsa tufanı” hücumunun “işğal olunmuş ərazilərdə İsrailə qarşı silahlı mübarizədə yeni səhifə açdığını” deyib.



Kənani ölkə mətbuatına verdiyi açıqlamada, Fələstin xalqını və anti-İsrail müqavimət qruplarını “Əqsa tufanı” hücumuna görə təbrik edib.

İsrailin "ciddi bir hərəkət"lə qarşı-qarşıya qaldığı zaman nə qədər "kövrək" olduğunun göründüyünü ifadə edən Kenani, "Əqsa tufanı əməliyyatı işğal altındakı torpaqlarda işğalçılara qarşı silahlı mübarizədə yeni səhifə açdı"ifadələrini işlədib.

Digər tərəfdən İran lideri Ayətullah Əli Xameneinin hərbi müşaviri general-mayor Yəhya Rəhim Səfəvi Şərqi Azərbaycan əyalətində keçirilən tədbirdəki çıxışında fələstinli qrupların hücumlarını dəstəklədiklərini və fələstinlilərin yanında olacaqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu