İndoneziyada "Cənub-Şərqi Asiyanın ilk sürətli qatar xətti" açılıb


İndoneziyanın paytaxtı Cakarta ilə Bandunq şəhərini birləşdirən “Cənub-Şərqi Asiyanın ilk sürətli qatar (YHT) xətti” açılıb.


“The Jakarta Post” qəzetinin xəbərinə görə, prezident Coko Vidodo “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Çinlə ortaq şəkildə istifadəyə verilən Cakarta-Bandung YHT xəttini açıb.

Coko Vidido açılış mərasimində qatarın adını çıxardığı səsdən ilhamlanaraq "Whoosh" qoyduqlarını bildirib.

Qatarın çata biləcəyi ən yüksək sürətin saatda 350 kilometr olduğunu bildirən Vidodo, layihəni ekoloji cəhətdən təmiz ictimai nəqliyyatın modernləşdirilməsi olaraq xarakterizə edib.

Əsasən Çin tərəfindən maliyyələşdirilən və dəyəri 7,3 milyard dollar olan bu xətt paytaxt Cakarta ilə Bandunq şəhərini 142 kilometrlik dəmir yolu ilə birləşdirir.

2015-ci ildə tikintisinə başlanan Cənub-Şərqi Asiyanın ilk HSR layihəsinin 75 faizi Çin İnkişaf Bankının krediti hesabına maliyyələşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu