“Döyüşəcəm” deyən erməni terrorçu ordumuza təslim olur


Qarabağda lokal xarakterli antitrerror tədbirləri nəticəsində erməni silahlı dəstələrinin “ağ bayraq” qaldıraraq, təslim olmasından sonra bəzi terrorçuların bundan imtina etdiyi, sona qədər silahlı yerə qoymaq istəmədiyi haqda məlumatlar yayılıb. Məlumata görə, onlardan biri də “Kyox” ləqəbli Karen Cavadyandır.



AFN.az xəbər verir ki, erməni mənbələr Ağdərə istiqamətində başının dəstəsi ilə mövqe tutan Cavadyanın “döyüşəcəyi”ni yazıb.

“Hraparak” nəşri isə Cavdanyanın özü ilə əlaqə saxlayıb. Ondan silahı yerə qoyub-qoymayacağını soruşub. Cavadyanın cavabından bəlli olur ki, erməni terrorçu Azərbaycan Ordusuna təslim olmağa hazırlaşır.

“Get, Nikola denən ki, Qarabağı necə satıbsa, elə də qorusun. Kimə istəyirsən denən, Koçaryana deyin, Sarkisyana deyin, bilmirəm. Erməni xalqına Qarabağ lazım deyil, bu qədər. Bütün ermənilər Qarabağdan imtina edib”, - o bildirib.

Hazırda erməni silahlı dəstələrinin tərki-silah edilməsi və Azərbaycan ərazisindən çıxarılması prosesi davam edir. K.Cavadyanın sözlərindən də görünür ki, o ümidsizdir, Azərbaycan Ordusuna qarşı nəsə edə bilməyəcəyini anlayır və buna görə təslim olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu