Reytinqli serialın aktrisası atasının silahı ilə özünü öldürdü


Türkiyənin reytinqli layihələrindən olan "Savaşçı"nın aktrisası Merve Kayaalp intihar edib.

Muğlanın Dalaman bölgəsindatə yaşayan aktrisa atası Rıza Kayaalpa aid silahla başına atəş açıb.

Həmin vaxt evdə heç kim olmayıb. İkinci mərtəbədən atəş səsini eşidən bina sakinləri dərhal polisə məlumat veriblər.

Hadisə yerinə baxış keçirilən zaman aktrisanın yaşadığı evdə cansız bədəni aşkarlanıb. Onun meyiti Muğla Məhkəmə Tibbi Ekspertizasına göndərilib.

Qeyd edək ki, 36 yaşlı Merve Kayaalp "Savaşçı" ilə yanaşı "Sakarya Fırat", "Küçük Kıyamet", "Düşler ve Umutlar", "Elif", "Şeref Meselesi" kimi ekran işlərində də maraqlı və yaddaqalan obrazlar yaradıb. //BAKU.WS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu