Zelenski sentyabrın 21-də ABŞ Konqresində çıxış edəcək


Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 21-də ABŞ Konqresində senatorlar qarşısında çıxış edəcək.


Bu barədə CNN Konqres aparatının nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, onun ötən ilin dekabrında olduğu kimi hər iki palatanın birgə iclasında çıxışı planlaşdırılmır.

Bu arada BMT Baş Assambleyasında Zelenskinin əvəzinə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edə bilər.

Hazırda ABŞ prezidenti Co Baydenin iclasda iştirakı təsdiqlənməyib. Qeyd edilir ki, bu səviyyəli iclaslarda adətən xarici siyasət idarələrinin rəhbərləri iştirak edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu