Sentyabrın 14-də Bakıda havanın temperaturu iqlim normasından 1,4 dərəcə aşağı olub
Sentyabrın 15-i saat 9-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib.
Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən məlumata görə, sentybarın 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.
Düşən yağıntının miqdarı Biləsuvar, Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu, Astarada 3 mm-dək olub.
Şəmkir, Şamaxı, Lerik, Qrızda duman müşahidə olunub.
Havanın maksimal temperaturu sentyabrın 14-də Bakıda iqlim normasından 1.4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək isti, Naxçıvan MR-da 30 dərəcəyədək isti, Aran rayonlarında 28 dərəcəyədək isti, dağlıq rayonlarda 11-16 dərəcə isti olub.