Orban 2034-cü ilə qədər Macarıstanın baş naziri olaraq qalmağı planlaşdırır


Macarıstanın baş naziri Viktor Orban 2034-cü ilə qədər vəzifəsində qalmağı planlaşdırdığını bildirib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, o, əvvəllər də bir neçə dəfə 2030-cu ilə qədər hökumət başçısı olmağı planlaşdırdığına açıq şəkildə eyham vurub.

Bu barədə o, Macarıstan Vətəndaş Forumunun iştirakçıları ilə görüşdə çıxışı zamanı bildirib.

Orban bildirib ki, koronavirus pandemiyası və Rusiyanın Ukraynaya qarşı müharibəsi ondan dörd il hakimiyyət alıb. Buna görə də o, 2034-cü ilə qədər ölkə rəhbərliyində qalmaq niyyətindədir.

Macarıstanın baş naziri onu da qeyd edib ki, son vaxtlar onun hökumətinin populyarlığı azalsa da, hələ də digər Avropanın hakim partiyaları qədər deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu