Azərbaycan XİN Mərakeşə başsağlığı verib
“Mərakeşdə baş verən zəlzələ nəticəsində insan tələfatı bizi dərindən kədərləndirdi”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb.
“Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısının tezliklə şəfa tapmasını diləyirik. Mərakeş hökuməti və xalqını dəstəkləyirik”, - paylaşımda bildirilib.