Cozef Borrell Gürcüstana gedir


Avropa İttifaqının xarici xidmətinin rəhbəri Cozef Borrelin səfəri zamanı Gürcüstanın quruma namizəd statusunun verilməsi ilə bağlı 12 tövsiyənin icrasının müzakirəsi gözlənilir.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

“Biz 12 tövsiyənin hamısını icra edirik və artıq icra etmişik. Biz əlimizdən gələni edirik. Bizim avropalı həmkarlarımızla daimi ünsiyyətimiz var. Bir neçə gündən sonra biz cənab Borreli gözləyirik, ona 12 tövsiyənin icrası prosesində olduğumuz barədə yenilənmiş məlumatları bir daha ötürəcəyik”, - deyə Qaribaşvili bildirib.

Gürcüstan hökumətinin başçısı ümid etdiyini bildirib ki, Aİ rəhbərliyinin ölkəyə Avropa İttifaqına namizəd statusu verilməsi üçün kifayət qədər arqumentləri var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu