“Qarabağ” son 12 mövsümün uğursuz startına imza atdı
“Qarabağ” son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb.
AFN.az xəbər verir ki, "köhlən atlar" 5 turdan sonra yaranan fasiləyə 7 xalla yollanıb. Qurban Qurbanovun yetirmələri V turda “Səbail”ə 1:2 hesabı ilə uduzublar. Ağdam klubu arxada qalan oyunlarda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.
“Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.
Ağdam klubunun daha zəif startı isə sonuncu dəfə 2007/08 mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.