BMT: Ukraynadakı müharibədə 9500 dinc sakin həlak olub


Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada davam edən Rusiya-Ukrayna müharibəsində 9500 mülki vətəndaşın həyatını itirdiyini bildirib.


BMT-nin Cenevrə ofisinin X sosial media platformasındakı səhifəsində 24 fevral 2022-ci il tarixindən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı ölən, yaralanan və köçkünlərlə bağlı rəqəmlər açıqlanıb.

Müharibənin bədəlinin ağır olduğu vurğulanan yazıda Ukraynadakı müharibə nəticəsində 9500 mülki şəxsin həlak olduğu, 17 mindən çox insanın isə yaralandığı bildirilib.

"Real rəqəmlər mütləq daha çoxdur. 6 milyondan çox ukraynalı qonşu ölkələrə qaçıb. 5 milyondan çoxu məcburi köçkün vəziyyətinə düşüb", - deyə postda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu