Ölümündən 9 il sonra xəstəliyinin nə olduğu üzə çıxdı


9 il əvvəl vəfat edən Hollivudun bir nömrəli komediyaçısı Robin Uilyamsa aid bəzi həqiqətlər ortaya çıxıb.

Məşhur aktyora qoyulan Parkinson diaqnozu səhv çıxıb.

Dünyaca məşhur Robin 2014-cü ildə faciəvi şəkildə intihar edərək həyatını itirib.

Onun həyat yoldaşı Suzan Şnayder ölümündən sonra "Ərimin beyninin içində olan terrorçu" adlı məqalə yazıb.

Uilyamsın oğlu ən son çıxan ekspertiza nəticələrinə əsasən atasının Parkinson deyil, LEWY adlı demansiya xəstəsi (əvvəlki vəziyyətlə müqayisədə bir çox koqnitiv (əqli) qabiliyyətin pisləşməsi ilə gedən müxtəlif xəstəliklərin simptomlarından biri) olduğunu açıqlayıb.

Bu Alzheimerdan sonra insanlarda daha çox rast gəlinən xəstəlikdir. Bu xəstəliyi nə azaltmaq, nə dəki tamamilə aradan qaldırmaq mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu