Sülhməramlıların yeni komandanı Ağdam yoluna gəldi

Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlıları kontingentinə yeni komandan təyin olunub.
AFN.az xəbər verir ki, sülhməramlıların komandanı vəzifəsində Aleksandr Lentsovu general-mayor Kirill Denisoviç Kulakov əvəzləyib.
Kulakovun Ağdam yoluna gəldiyi və Xankəndiyə humanitar yardım aparan Azərbaycan nümayəndələri ilə danışıqlarda iştirak etdiyi deyilir.