Qobustanda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Qobustan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AFN.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Məlikli Əlizamin Məzahir oğlu və daha bir nəfər (adı və soyadı dəqiqləşdirilir - red) xəsarət alıb.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Fakt araşdırılır.