Kondisionersiz avtomobil idarə edənlərin nəzərinə: Təhlükə riski var - VİDEO


Sürücülər isti havalarda diqqətli olmalıdır.



AFN.az Xəzər TV-yə istinadən bildirir ki, xüsusilə isti havalarda kondisionersiz avtomobillərlə səyahətə çıxmaq ağır fəsadlara səbəb ola bilər.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, bir neçə gündür ki, ölkə ərazisində temperatur 40 dərəcə və daha yüksəkdir. Belə olan halda, asfalt qatının istiliyi 60-70 dərəcəyə qədər qalxır. Bu vəziyyətdə avtomobili pəncərəsi açıq şəkildə idarə etmək tövsiyə edilmir.

Ekspertin sözlərinə görə, pəncərəsi açıq avtomobildə hərəkət edərkən qızmar hava axını insan bədənindəki mayeni azaldır, gözlərin qurumasına səbəb olur. Nəticədə sükan arxasında halı pisləşən sürücü ağır qəzaya şərait yarada bilər.

Ərşad Hüseynov əlavə edib ki, hətta bəzi ölkələrdə güclü istilər zamanı iritonnajlı avtomobillər əsas magistrallara buraxılmır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu