Kristiano Ronaldo futbolla vidalaşmağa hazırlaşır?



Dünyaca məşhur futbolçu Kristiano Ronaldo rekordlarla dolu karyerasının ardından peşəkar futbolçu həyatının son dövrünə girdiyinə işarə edib. 

AFN.az xəbər verir ki, 5 dəfə “Qızıl top” mükafatının sahibi olan 41 yaşlı portuqaliyalı ulduz həyat yoldaşı Georgina Rodrigez ilə evləndikdən sonra “Vogue” jurnalına verdiyi açıqlamada “Bu, yəqin ki, futbol karyeramın son ilidir və arxamda möhtəşəm bir miras qoymaq istəyirəm” deyib.

Gələcəyini tamamilə planlaşdırdığını bildirən Ronaldo ailəsi ilə daha çox vaxt keçirməyi səbirsizliklə gözlədiyini söyləyib.

Futboldan sonra yaranacaq boşluğu müxtəlif məşğuliyyətlərlə dolduracağını bildirən təcrübəli oyunçu səyahət etmək, böyük həvəs göstərdiyi padel oynamaq və 25 illik fədakarlıqdan sonra qazandığı uğurlardan zövq almaq istədiyini ifadə edib.

Bu yay Portuqaliya millisi ilə karyerasının altıncı Dünya Kubokunda meydana çıxan və qol vuraraq rekord müəyyənləşdirən Ronaldo klub və milli komanda karyerasında indiyədək ümumilikdə 976 qola çatıb.

“Manchester United”, “Real Madrid” və “Juventus” kimi nəhəng klubların formasını geyinən ulduz futbolçu karyerası ərzində 1000 qol həddini keçməyi hədəfləyir.

Səudiyyə Ərəbistanının “Al-Nassr” klubunda müqaviləsinin son ilinə daxil olan Ronaldonun bu mövsümdəki çıxışı onun tarixi hədəfinə çatıb-çatmayacağını müəyyənləşdirəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu