Almanları çətin zamanlar gözləyir - xəbərdarlıq


Almaniya hökumətinin iqtisadi inkişaf üzrə ekspert şurasının üzvü Veronika Qrimm bildirib ki, ölkə vətəndaşları çətin dövrlərə hazırlaşmalıdırlar.


AFN.az xəbər verir ki, o, bu barədə "Funke" media qrupuna müsahibəsində danışıb.

Qrimm Almaniya iqtisadiyyatının durğunluq vəziyyətində olduğunu vurğulayıb. "Ona görə də ölkənin sıfır xəttindən bir qədər yuxarı və ya aşağıda olması o qədər də vacib deyil" - deyən ekspert qeyd edib ki, artımın çox aşağı, hətta mənfi olduğu bir dövrdə insanlar çətinliklərə hazırlaşmalı olurlar. O, vətəndaşlar üçün real itkiləri nəzərdə tutduğunu bildirib.

Mütəxəssis əlavə edib ki, Almaniyada baş verənlər transformasiya mərhələsində, ilk növbədə siyasət sahəsində ciddi çağırışdır. O, həmçinin etiraf edib ki, ölkədə qaz təchizatı ilə bağlı vəziyyət daha da pisləşə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu