Küveytdə “Barbie” filminin nümayişinə qadağa qoyulub


Küveyt hakimiyyəti ictimai əxlaqı və sosial adətləri qorumaq məqsədilə “Barbie” və “Talk to Me” filmlərini qadağan edib.


Küveyt İnformasiya Nazirliyinin Mətbuat və Yayım Müşavirinin müavini və Kino Filmlərə Nəzarət Komitəsinin sədri Lafi əs-Sabii "Barbie" və "Talk to Me" filmlərinin nümayiş olunmayacağını bildirib.

Sözügedən filmlərin komitənin ictimai əxlaqı və ictimai ənənələri qorumaq səyləri çərçivəsində nümayişinə qadağa qoyulduğuna diqqət çəkən Sabii qeyd edib: "Komitə filmin nümayişinə icazə verməzdən əvvəl narahatedici səhnələrin silinməsini tələb edir. Filmdə cəmiyyətin dəyərlərinə uyğun olmayan mesajlar olduqda, onun yayımlanması qadağandır. Bu, filmin nümayişinə icazə verən hər hansı mənbəyə aiddir. Xalqımızın dəyərlərinə və adət-ənənələrinə uyğun olmayan məzmunların yayılması yolverilməzdir”.

Livan da Barbie filminin "əxlaqi və dini" dəyərləri pozduğu və homoseksuallığı ön plana çıxardığı səbəbilə yayımlanmayacağını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu