İspaniyada sanksiyaya məruz qalan rus iş adamlarının əmlakına həbs qoyulub


İspaniya hakimiyyəti Avropa sanksiyalarına məruz qalan rusiyalı sahibkarlarla əlaqəli olduğu iddia edilən əmlaka həbs qoyub.


AFN.az-ın xəbərinə görə, bu barədə Milli Təhlükəsizlik Departamentinə istinadən "Cadena SER" radiostansiyası məlumat yayıb.

Məlum olub ki, ölkədə Rusiyadan olan iş adamlarının 10 təyyarəsi, 5 yaxtası, 357 yaşayış binası və 22 avtomobili həbs edilib. Eyni zamanda, jurnalistlər sözügedən mülklərin sahiblərinin adlarını açıqlamayıblar. Radiostansiyanın məlumatına görə, saxlanılan yaxtaların ümumi dəyəri 900 milyon avronu (95 milyard rubl) keçir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu