PKK Hələbdən daha 3 uşaq qaçırıb

Terror təşkilatı PKK/YPG silahlı heyətinə qatmaq üçün Suriyanın Hələb vilayətində işğal etdiyi Mənbic və Şeyx Maksud rayonundan daha 3 uşağı qaçırıb.
“Müstəqil Kürd Rabitə” müxalif kürd qruplaşmasının sözçüsü Redor əl-Əhməd bildirib ki, 14 yaşlı M.A.H və A.F bu gün Menbic rayonundan terrorçular tərəfindən qaçırılıb.
Ahmet terrorçuların iyulun 7-də Şeyx Maksuddan 15 yaşlı Z.S.-ni də qaçıraraq silahlı dəstəsinə qatdıqları barədə məlumatı paylaşıb.
Sözçü qeyd edib ki, terror təşkilatı qaçırılan uşaqların ailələri ilə əlaqə saxlamasına mane olub.
PKK/YPG qaçırdığı və ya saxladığı gəncləri və uşaqları silahlı təlim üçün düşərgələrə aparır. İyul ayında 17 uşağın qaçırıldığı bildirilir.
PKK/YPG terrorçuları iyul ayında Hələbdə Haseke şəhər mərkəzindən 6, Qamışlı rayonundan 7, Mənbicdən 4, Şeyx Maksud rayonundan isə 1 uşağı qaçırıblar. Onlar 2022-ci ildə 1200 uşağı qaçıraraq silahlı heyətinə qatıblar.