İranda havanın çirklilənməsi səbəbindən təhsil dayandırılıb


İranın şimal-şərqindəki Rəzəvi Xorasan əyalətinin mərkəzi şəhəri Məşhəddə məktəblər və idman zalları havanın çirklənməsi səbəbindən bağlanıb. Qum fırtınası qatarların hərəkətini dayandırıb.


“Asriran” xəbər saytının məlumatına görə, Rezevi Xorasan Valiliyi Havanın Çirklənməsi Təcili Komissiyası hava çirkliliyinin artması ilə bağlı açıqlama verib.

Bildirilir ki, Məşhəd şəhərində məktəblər və idman zallarının tətilə buraxıldığı, xüsusilə ürək və tənəffüs yolları xəstələri üçün zəruri olmadıqca çölə çıxmağın vacib olmadığı bildirilib. Çölə çıxmaq məcburiyyətində olanlara maskalardan istifadə etmələri tövsiyə olunub.

Rezevi Xorasan Ətraf Mühitin Mühafizəsi üzrə Meneceri Mehdi Divinepur havanın çirklənməsinin son 2 saatda 302 mikroqram/kubmetr səviyyəsində olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, 100 mikroqramdan yuxarı qeydə alınan havanın çirklənməsi "sağlamlıq üçün zərərlidir" və 250-dən yuxarı ölçülər "həyəcan" deməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu