İcra başçısı özünə yarım milyonluq maşın aldı - FOTO
![](/uploads/posts/2023-08/1691302637_xacic.jpg)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev özünə yeni avtomobil alıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, icra başçısının yeni avtomobili 450 min manat dəyərində olan "Range Rover"dir.
Elnur Rzayev 90-DK-500 dövlət qeydiyyat nişanlı yeni maşınını qayınatası Hacıyev Sərdar Mehdi oğlunun adına rəsmiləşdirib.
Avtomobili Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan Musayev Anar Sabir oğlu etibarnamə əsasında idarə edir.