Azərbaycanda faktiki hava açıqlanıb
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən məlumata görə, iyulun 31-i saat 10:00-a qədər bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı: Xaltanda 14 mm, Lerikdə 9 mm, Bərdədə 8 mm, Qax, Astarada 7 mm, Tərtər, Şahdağda 6 mm, İsmayıllı, Balakən, Zaqatala, Yevlax, Quba, Qəbələ, Lənkəran, Göyçay, Yardımlı, Neftçala, Tovuz, Gəncə, Qrız, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Daşkəsən, Gədəbəy, Qusar, Mingəçevir, Şabranda 5 mm-dək, Bakıda və Abşeron Yarımadasında 1 mm-dək olub.
Külək: İyulun 30-da şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naxçıvanda 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.