Yunanıstanda baş verən şiddətli yanğınlarla bağlı vəziyyət yaxşılaşır


Yunanıstanda günlərdir davam edən meşə yanğınları ilə bağlı bəzi bölgələrdə vəziyyətin son 24 saatda daha yaxşı olduğu açıqlanıb.


Yunanıstan səlahiyyətliləri Rodos, Korfu və Euboeadakı şiddətli yanğınların 74 nəfərin xəsarət almasına səbəb olduğunu, lakin vəziyyətin bu gündən yaxşılaşmağa başladığını bildiriblər.

Yunanıstanın iqlim böhranı və mülki müdafiə naziri Vassilis Kikilias son 15 gündə ölkədə 600-dən çox yanğının baş verdiyini bildirib. O, qeyd edib ki, yanğınlara səbəb həddən artıq istilərdir. "10 günlük müddətdən sonra bu gün ilk gündür vəziyyət həyəcanlı deyil" - deyə nazir bildirib.

Ölkə üzrə əksər yanğınlar nəzarət altına alınsa da, yanğınsöndürənlər küləyin yeni yanğınlara səbəb ola biləcəyindən narahatdırlar.

Kənd Təsərrüfatı İnkişafı və Qida Nazirliyinin ilk hesablamalarına görə, Rodos adasında 10 gün əvvəl başlayan yanğında 2 min 500 heyvan tələf olub, 50 min zeytun ağacı isə məhv olub.

Ölkədə günlərlə davam edən meşə yanğınlarında 4 nəfər ölüb.

Yunanıstanda iyulun 17-də başlayan meşə yanğınlarına Türkiyə, İsrail, Misir, Bolqarıstan, İtaliya, Malta, Fransa, İordaniya, Polşa, Rumıniya və Slovakiya yardım göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu