Bayden həddindən artıq istilərlə mübarizə aparmaq üçün tədbirlər görür


ABŞ prezidenti Co Bayden ölkəni bürüyən həddindən artıq isti havanın mənfi təsirləri ilə mübarizə üçün bir sıra yeni addımlar atacaqlarını açıqlayıb.


Ağ Evdə keçirdiyi mətbuat konfransında iqlim dəyişikliyinin “ekzistensial təhlükə” olduğunu deyən ABŞ prezidenti qeyd edib ki, artıq heç kimin iqlim dəyişikliyinin təsirini inkar edə biləcəyini düşünmür. O, misal olaraq həddindən artıq istilər, quraqlıq, tufanlar və yanğınlar nəticəsində havanın keyfiyyətinin pisləşməsini göstərərək, hava hadisələri nəticəsində ölümlərin bir nömrəli səbəbinin temperatur olduğunu bildirib.

İşçiləri təhlükəli hava şəraitindən qorumaq üçün Əmək Nazirliyindən temperaturla bağlı “təhlükə xəbərdarlığı” verməsini istədiyini qeyd edən prezident vətəndaşları evdə qalmağa çağırıb.

O, tikinti və kənd təsərrüfatı kimi yüksək riskli sektorlarda da yoxlamaların artırılacağını qeyd edib. ABŞ prezidenti həmçinin Meşə Xidmətinin də uzun müddətdə həddindən artıq istilərin qarşısını almaq üçün şəhər və qəsəbələrdə ağac əkmək üçün 1 milyard dollardan çox qrant verəcəyini açıqlayıb.

Bayden, həmçinin binaları daha istiliyə davamlı etmək, soyutma mərkəzlərini və su saxlama qabiliyyətini artırmaq üçün bir sıra addımlar atılacağını qeyd edib. O, Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) hava şəraitini yaxşılaşdırmaq üçün universitetlər və digər qurumlarla əməkdaşlığı inkişaf etdirəcəyini də açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu