Taxıl müqaviləsinin bərpası üçün fürsət pəncərəsi açıq qalır - Çin
Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq bildirib ki, taxıl müqaviləsinin bərpası üçün hələ də pəncərə var.
AFN.az xəbər verir ki, bu barədə TASS yazır.
BMT Təhlükəsizlik Şurasının iclasında o, taxıl sazişinin dünyanın ərzaq təhlükəsizliyinin təmin olunması üçün vacib olduğuna aydınlıq gətirib. Çin diplomatının sözlərinə görə, Qara dəniz təşəbbüsü və Rusiya məhsullarının və gübrələrinin ixracına dair anlaşma memorandumu dünya ərzaq qiymətlərinin sabitləşməsi üçün vacibdir.
"Hazırda paket sazişini bərpa etmək üçün hələ də fürsət pəncərəsi var" - deyə o vurğulayıb.