Lavrova “Dağlıq Qarabağ” sözünü işlətmə” dedilər - VİDEO


Ötən gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə maraqlı anlar yaşanıb.


“Qafqazinfo” xəbər verir ki, bu, Rusiya XİN rəhbəri Sergey Lavrovun çıxışa başlamağa hazırlaşması zamanı olub.

Belə ki, Rusiyanın nümayəndə heyətində yer alan diplomat Lavrova “Dağlıq Qarabağ” sözünü işlətməməsini deyib:

“Keçmiş Dağlıq Qarabağ termini azərbaycanlıların xoşuna gəlməyə bilər. Erməni həmkarlara üstörtülü deyərik”.
Həmin anın videosunu təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu