Şimali Koreya iki ballistik raket buraxıb
Şimali Koreya iki ballistik raket buraxıb.
AFN.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, raketlər Yapon dənizi istiqamətində atılıb.
Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi Birləşmiş Qərargah Rəislərinə istinadən xəbər verir ki, Şimali Koreya yerli vaxtla iyulun 24-nə keçən gecə şərq dənizinə ballistik raket atıb.
Hərbçilər təyyarənin tipi və uçuş məsafəsi kimi detallı xüsusiyyətlərini təhlil edir.
Bundan əvvəl iyulun 18-də Şimali Koreyanın iki qısa mənzilli ballistik raketinin 550 km uçduqdan sonra şərq dənizinə düşdüyü bildirilirdi.
İyulun 16-da Cənubi Koreya, ABŞ və Yaponiya Yaponiya dənizində beynəlxalq sularda üçtərəfli raketdən müdafiə təlimi keçirib. KİV-in məlumatına görə, təlimlər üç ölkənin hərbçilərinin ballistik raketlərə cavab vermək qabiliyyətini gücləndirmək məqsədi daşıyıb.