ABŞ-ın 38 şəhərində temperatur rekordu
ABŞ Milli Hava Xidməti dünən ölkənin 38 şəhərində temperatur rekordlarının qırıldığını açıqlayıb.
Ötən gün Las-Veqasda 47,2 dərəcə ilə temperatur rekordu qırıldığı halda, Kaliforniyanın Ölüm Vadisində temperatur 53,9 dərəcəyə çatıb. ABŞ-ın cənub-qərb ştatı Arizonada 17 gün ərzində temperatur 43 dərəcədən aşağı düşməyib.
Səlahiyyətlilər həssas insanların, o cümlədən uşaqlar, hamilə qadınlar və qocaların ciddi risk altında olduğuna dair xəbərdarlıq edərək, istidən narahatlıq ola biləcəyini qeyd ediblər.
Ölkə üzrə səyyar klinikalar üçüncü dərəcəli günəş yanığından əziyyət çəkən evsiz insanları nəzarətə alıb, Kaliforniya və Nevada ştatlarının bəzi yerlərində ictimai binalar insanların istidən sığına biləcəyi “soyutma mərkəzləri”nə çevrilib.
Mənbə: İHA