ABŞ-da , "Microsoft", "Google", "Facebook", "Intel", "Netflix", "Paypal" və "Uber" də daxil olmaqla 100 böyük şirkət məhkəməyə verilir


ABŞ-da respublikaçı ştat baş prokurorları ABŞ-ın ən yaxşı 100 firmasını iş yerlərində müxtəliflik proqramlarına görə məhkəməyə verməyi planlaşdırır.


BBC-nin xəbərinə görə, bir qrup respublikaçı baş prokuror "irqə əsaslanan yerlər" təmin edən müxtəliflik proqramlarının konstitusiyaya zidd olduğunu bildirib.

Baş Prokurorlar qeyd olunan təcrübəyə son qoymayan şirkətlərə qarşı qanuni tədbirlər görəcəklərini açıqlayıblar. "Hətta yaxşı niyyətlə olsa da, insanların dərisinin rəngi fərqli olduğuna görə onlara qarşı ayrı-seçkilik etmək qanunsuzdur", - bəyanatda deyilir.

Ümumilikdə 13 baş prokurorun imzaladığı açıq məktubun göndərilməsinə Tennessi Baş prokuroru Conatan Skrmetti və Kanzas Baş prokuroru Kris Kobaçın rəhbərlik etdiyi bildirilir.

"Ali Məhkəmə bildirir ki, şirkətlərin motivasiyasından asılı olmayaraq, insanlara dərilərinin rənginə görə fərqli rəftar edilə bilməz. Primitiv irqi ayrı-seçkilik etmədən kasıb insanları və bütün irqlərdən olan qrupları dəstəkləməyin yolları var" - deyə Skrmetti bildirib.

Baş prokurorlar Ali Məhkəmənin "Harvard və ABŞ-ın digər universitetlərində tələbə seçimində irq faktoru ola bilməz" qərarına istinad ediblər.

Açıq məktubun hədəfi "Apple", "Microsoft", "Google", "Facebook", "Intel", "Netflix", "Paypal" və "Uber" də daxil olmaqla 100 böyük şirkətdir.

Bəzi ekspertlər bildirirlər ki, iş qanuna çevrilərsə, müxtəliflik proqramlarını ləğv edən şirkətlər gənc əhali tərəfindən əks reaksiya alacaq, digərləri isə müsbət ayrı-seçkiliyin ABŞ-da irqçiliyi dərinləşdirdiyini müdafiə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu