Üç il təcrübə tələb olunması absurddur - deputat


“Azərbaycanın ucqar rayonlarında, hətta Naxçıvanda vəkil çatışmır”.


“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin iclasında bildirib.

Deputat qeyd edib ki, bunun səbəbi testdən keçmək istəyən vəkillərdən 3 il təcrübə tələb olunmasıdır: “Bu, absurddur. Türkiyədə belə bu cür şey yoxdur. Bunu 1 il staj müddətinə endirmək olar. Bu tələb ləğv olunmalıdr”.

Fazil Msutafa vurğulayıb ki, Avropada Naftalan brendi başqa ölkələrin istehsalı olan məhsul kimi təqdim olunur: “Azərbaycanın İstisu, Qalaaltı kimi sərvətləri var. Bunu düşünməliyik, öz brendlərimizi xaricə öz adımızla çıxarmalıyıq. Niyə icazə veririk ki, bizim brendləri başqaları öz adları ilə bazara çıxarır?!. Naftalanda çoxlu sanatoriyalar tikilib, Prezident də bura diqqət ayırıb. Naftalan neftinin əvəzi yoxdur, Əqli Mülkiyyət Agentliyi bu məsələni ciddi araşdırmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu