Hollivud aktyorları tətil etmək niyyətlərini açıqlayıblar


Hollivud aktyorları tətil etmək niyyətlərini açıqlayıblar.


Bu barədə Deadline məlumat yayıb.

Qərar ABŞ Ekran Aktyorları Gildiyası ilə Film və Televiziya Prodüserləri Alyansı arasında müqavilə danışıqlarının uğursuzluğu fonunda verilib. Bildirilir ki, Gildiya Şurası tətilin başlanmasını rəsmən təsdiqləmək üçün iclas keçirmək niyyətindədir. Bunun 1980-ci ildən bəri ilk belə aktyor tətili olacağı vurğulanır.

Mayın əvvəlində məlum olub ki, maaşların aşağı olması səbəbindən son 15 ilin ən böyük tətilinə Hollivud ssenaristləri qərar verib. ABŞ Yazıçılar Gildiyası ilə Hollivud studiyaları arasında bağlanan müqavilə mayın 1-də başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu