Almaniya Çin və Rusiyanın yaxınlaşmasını təhlükəsizliyə təhdid adlandırıb


Almaniya iyulun 13-də ölkənin Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Çinlə münasibətlər strategiyasında Pekinin Rusiya ilə əməkdaşlığı inkişaf etdirmək qərarını Almaniyanın təhlükəsizliyinə təhdid adlandırıb.


Bu barədə Reuters xəbər verib.

Strategiyada qeyd edilir ki, Çinin Rusiya ilə münasibətləri inkişaf etdirmək qərarı Almaniya üçün dərhal siyasi təhlükəsizliyə təsir edir.

Sənəddə həmçinin bildirilir ki, son illər Çin Almaniya üçün getdikcə daha çox strateji rəqibə çevrilib. Almaniya hakimiyyətinin fikrincə, Pekin Ukrayna münaqişəsi məsələlərində NATO əleyhinə mövqe sərgiləyir.

Almaniya kansleri Olaf Şolz Çin Dövlət Şurasının Baş naziri Li Çianqla ikitərəfli danışıqlar zamanı deyib ki, o, Çini Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya təzyiqi artırmağa çağırıb. O, həmçinin vurğulayıb ki, Çin Rusiyaya silah verməməli, Ukraynadakı münaqişə dondurulmamalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu