ABŞ: Şimali Koreyanın onun hava məkanını pozduğumuzla bağlı iddiaları əsassızdır


ABŞ Dövlət Departamenti Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonqun ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat uçuşları zamanı ölkəsinin hava məkanını pozması ilə bağlı iddialarının əsassız olduğunu bəyan edib.


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında Şimali Koreyanın iddiaları ilə bağlı verilən sualı cavablandırıb.

Kimin ABŞ kəşfiyyat təyyarəsinin Şimali Koreyanın hava məkanını 8 dəfə pozaraq "hava casusluğu" həyata keçirdiyinə dair iddialarını əsassız və qanunsuz adlandıran Miller Pxenyan rəhbərliyini təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırıb.

ABŞ-ın diplomatiyaya sadiq olduğunu və ilkin şərt olmadan Pxenyanla dialoqa hazır olduğunu bir daha vurğulayan Miller, "Şimali Koreyanın iddiaları əsassızdır, çünki beynəlxalq hüquqda qeyd olunan müstəsna iqtisadi zonada uçuş azadlığı mövcuddur" - deyə bildirib.

Qeyd edək ki, Şimali Koreya hava məkanının pozulduğunu əsas gətirərək, ABŞ-ı "təxribatçı fəaliyyətlərini" dayandırmayacağı təqdirdə kəşfiyyat təyyarələrini vuracağı ilə hədələyib.

Kim Yo-jong, mövzu ilə bağlı, "ABŞ qeyri-qanuni pozuntulara davam edərsə, unudulmaz uçuş təcrübəsi yaşayacaq" - ifadəsini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu