NATO ölkələri Vilnüsdə keçirilən sammitdə Rusiya, Çin və İranla bağlı bəyanatlar veriblər


NATO müttəfiqləri soyuq müharibənin bitməsindən sonra ən əhatəli müdafiə planlarını qəbul ediblər.


AFN.az xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq bildirib. "Alyansın iki əsas təhdidinə - Rusiya və terrora qarşı mübarizə aparmaq üçün hazırlanmış yeni regional planlar hava və donanmanın əhəmiyyətli döyüş gücü də daxil olmaqla, 300 000 hərbi personalın yüksək hazırlıq səviyyəsində olmasını nəzərdə tutur. Müttəfiqlər, həmçinin, birgə satınalmaların sürətləndirilməsi, istehsal gücünün artırılması və üzv ölkələrin qarşılıqlı fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyan yeni Müdafiə İstehsalı Fəaliyyət Planını təsdiqləyiblər" - deyə Stoltenberq qeyd edib.

Müttəfiqlər müdafiə ehtiyaclarını ödəmək üçün ümumi daxili məhsullarının (ÜDM) ən azı 2%-ni müdafiəyə investisiya etmək öhdəliyi götürüblər.

NATO müttəfiqləri həmçinin Çinin Avro-Atlantik təhlükəsizliyi və dəyərləri qarşısında yaratdığı çətinlikləri müzakirə ediblər: "Çin bizim rəqibimiz deyil və biz əlaqə saxlamağa davam etməliyik. Pekinin artan iddialılığı təhlükəsizliyə təsir edir və qaydalara əsaslanan beynəlxalq nizama meydan oxuyur".

NATO müttəfiqləri İranın müttəfiq ərazisindəki "bədxah fəaliyyəti"ndən ciddi narahat olduqlarını bildiriblər və Tehranı Rusiyaya hərbi dəstəyi, o cümlədən pilotsuz təyyarələrin tədarükünə son qoymağa çağırıblar.

"Biz İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa, xüsusən də mühüm infrastruktura hücum etmək üçün istifadə edilən və mülki əhalinin kütləvi tələfatına səbəb olan pilotsuz uçuş aparatlarının (PUA) ona təhvil verilməsini dayandırmağa çağırırıq", - sammitin yekun bəyannaməsində deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu