NATO-nun Vilnüs sammiti öncəsi ABŞ dövlət katibi ilə Kuleba arasında danışıq olub


Litvanın paytaxtında NATO sammitinin başlaması ərəfəsində ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, diplomatlar Vilnüsdə keçiriləcək sammitindən əvvəl yekunlaşan söhbətlə bağlı qısa mesajlar yayıblar. Burada Ukrayna Alyansa qoşulma perspektivləri, eləcə də hələlik təhlükəsizlik təminatları barədə siqnal almağa ümid edir.

Dmitri Kuleba söhbətin məhsuldar keçdiyini bildirib. "48 saat qalıb, ona görə də biz çalışırıq ki, Vilnüs sammitinin yekun qərarları Ukrayna, NATO və qlobal təhlükəsizliyin qələbəsi olsun. Mən həmçinin ABŞ-a çox ehtiyac duyulan sursatları ehtiva edən başqa bir fövqəladə müdafiə paketinə görə təşəkkür etdim" - deyə Ukrayna XİN rəhbəri bildirib.

Dövlət Departamentindən bildirilib ki, Kuleba və Blinken Ukrayna əks-hücumunun gedişatını və sammitə hazırlığı müzakirə ediblər.

"Dövlət katibi ABŞ-ın Ukraynanı ardıcıl dəstəklədiyini və Rusiyanın təcavüzündən qorunmaq üçün potensial əsasda Ukraynaya təhlükəsizlik yardımı göstərdiyini vurğulayıb", - deyə Dövlət Departamentindən verilən açıqlamada bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu